Bu ailələrə dövlət dəstək olacaq ŞAD XƏBƏR

21.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

2027-ci ildə İşsizlikdən sığorta fondunun (İSF) xərcləri 319,2 milyon manata çatacaq.

“Yeni Sabah” xəbər verir ki, bu vəsait hesabına gələn il 444 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Fondun gələn il üçün gəlir və xərclərinə dair proqnozlara əsasən, 2027-ci ildə İSF-nin gəlirləri cari illə müqayisədə 30,6 milyon manat və ya 12,8 faiz artaraq 268,9 milyon manat təşkil edəcək. Sərfəli qiymətə məhsullar

Xərclərin isə bu illə müqayisədə 52,8 milyon manat və ya 19,8 faiz artaraq 319,2 milyon manata çatacağı gözlənilir.

Fondun vəsaitləri işsizliyə görə sığorta ödənişləri ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu istiqamətdə özünüməşğulluq proqramının icrası, peşə hazırlığının təşkili, haqqı ödənilən ictimai işlər, əlavə təhsil, peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi və peşə standartlarının hazırlanması nəzərdə tutulur.

Bundan başqa, gələn il Fondun dəstəyi ilə 14,5 min ailə üçün kiçik təsərrüfatların qurulması planlaşdırılır. Bu proqram işsiz və işaxtaran şəxslərə öz kiçik bizneslərini yaratmaq imkanı verəcək.

Qeyd edək ki, 2027-ci ildə ümumilikdə 444 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi istiqamətində iş aparılacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью