Bu ailələrə şad xəbər Aylıq yardım 422 manata çatdırıldı

30.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ünvanlı dövlət sosial yardımı almaq istəyən vətəndaşın müraciətinin əsassız səbəblərlə yubadıldığını iddia edib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları vətəndaşları süründürməçiliyə salırlar, müraciətlərə məsuliyyətsiz yanaşırlar.

DSMF deputatın iddialarına cavab verib.

KONKRET.az-ın xəbərinə görə, “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, ünvanlı sosial yardım üçün müraciət zamanı ərizə-bəyannamədə göstərilən məlumatlar dövlət informasiya bazaları əsasında yoxlanılır:

“Ailəni təmsil edən şəxsin ailəsinə ünvanlı yardım təyin edilməsi üçün müraciəti zamanı ərizə-bəyannamədə ailə tərkibi, gəlirləri, əmlakı və s. barədə qeyd etdiyi məlumatlar ilk mərhələdə müvafiq qurumların informasiya ehtiyatlarındakı məlumatlarla uzlaşdırılaraq yoxlanılır. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunmadığı halda ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Müayinə zamanı ailəni təmsil edən şəxs yaşayış ünvanında olmadıqda ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin iştirakı ilə müayinə aparılır və nəticəsinə uyğun qərar verilir.

Əgər ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq, qeyri-düzgün məlumatın verildiyi aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir”.

DSMF-nin məlumatına görə, son illər ünvanlı sosial yardım üçün müraciət proseduru əhəmiyyətli dərəcədə sadələşdirilib:

“Bildiririk ki, son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib, sosial yardım üçün müraciət proseduru xeyli sadələşdirilib.

Yəni sosial yardım üçün müraciət edən şəxslərdən Ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılıb, bir çox məlumatlar aidiyyəti e-informasiya resurslarından əldə edilir.

Habelə sosial yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə əgər ailə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan, I dərəcə əlilliyi olan, yaxud II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü, üç və daha çox uşaq varsa, həmin ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır. Qeyd edilən dəyişikliklər proqramın əhatə dairəsinin genişlənməsi ilə nəticələnərək sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən 2 dəfəyə yaxın artmaqla 1 yanvar 2026-cı il tarixinə 76,1 min ailəyə (338 min nəfər ailə üzvü) çatıb. Həmçinin hər ailəyə düşən orta aylıq məbləği də 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью