futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sabah” Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”ı məğlub edib – 2:1.
Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın heyətində qələbə qolunu vuran Patrik Mbina matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:
“Bu an üçün çox xoşbəxtəm. Çünki mənimçün çox çətin idi. Bura gələndə tək məşq edirdim. Komanda yoldaşlarımı televiziordan izləyirdim. Bu, çox çətin idi. Sonra geri qayıdanda iki yaxşı fürsəti qaçırdım. İndi isə şükürlər olsun, alındı. Çox xoşbəxtəm, həqiqətən”.
Mbina “Sabah” formasıyla ilk qolunu “Qarabağ”a vurub.