Bu aptek cərimələndi: dərmanları...

05.04.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna əsasən "Zeytun Pharmaceuticals" MMC ilə bağlı inzibati xəta protokolu tərtib edib.

Milli.Az  xəbər verir ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satdığı üçün cərimələnib.

İnzibati Xətalar Məcəlləsinin 221.3. maddəsinə əsasən bu halda vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. /Medicina.az
 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью