Avtosfer saytına istinadən Icma.az xəbər verir.
7-ci mikrorayonda yerləşən “Kanon” apteki ilə bağlı uşaq qidasının keyfiyyəti ilə əlaqədar narahatedici hal qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, vətəndaş sözügedən aptekdən “Kendamil” markalı, 1 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida məhsulu alıb. Məhsulun üzərində istehsal və son istifadə tarixinin normal olduğu göstərilsə də qida hazırlandığı zaman onun tərkibində düyünlər əmələ gəlib. Valideyn bu vəziyyətin azyaşlı uşaq üçün təhlükə yarada biləcəyini düşünüb və körpəyə verməkdən imtina edib.
Bundan sonra məhsul aptekə geri aparılıb. Aptek əməkdaşları tərəfindən aparılan yoxlama zamanı problemin mövcud olduğu qəbul edilib və rəhbərliyə məlumat verildiyi, pulun geri qaytarılacağı bildirilib.
Lakin vətəndaşın sözlərinə görə, hadisədən 3 gün sonra aptekdən zəng olunaraq, geri qaytarma əməliyyatının mümkün olmadığı qeyd edilib.
Valideyn baş verənləri istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək, xüsusilə uşaq qidaları kimi həssas məhsulların satışında məsuliyyətin daha yüksək olmalı olduğunu vurğulayıb. O, məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyinin açıqlanmasını zəruri sayır.
Eltac Zülfüqaroğlu
Oxunub 36