Bu, artıq qanun pozuntusudur Nəqliyyat eksperti

28.10.2026

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Piyada keçidində üstünlük piyadaya məxsusdur və bu qaydaların bütün nəqliyyat vasitələri üzrə daha aydın şəkildə müəyyənləşdirilməsi vacibdir. Məsələ ondadır ki, velosiped də, moped də nəqliyyat vasitəsidir. Bunlar piyada keçidində sürülərək keçilə bilməz. Düzdür, qanunvericilikdə velosiped məsələsi qüeyd olunsa da, moped , motosiklet və skuter qeyd olunmayıb. Bu o demək deyil ki, vətəndaş motosiklet idarə edirsə, onu sürərək piyada zolağından keçməlidir. Bu, artıq qanun pozuntusudur”.

Bunu nəqliyyat eksperti Eldəniz Cəfərov 525.az-a deyib. Ekspert qeyd edib ki, velosipedçi də, moped sürən şəxs də, skuter adlandırdığımız elektrikli nəqliyyat vasitəsini sürən şəxslər də bilməlidir ki, piyada zolağından üstünlük piyadanındır və piyada zolağının üstündə yalnız həmin nəqliyyat vasitələrini enərək keçmək lazımdır:

“Düşünürəm ki, belə halların qarşısını almaq üçün qanunvericiliyə müəyyən əlavələr edilə bilər ki, bir daha belə ağır qəzalar olmasın və bilərəkdən qayda pozmaq istəyənlər qanunvericiliyin tələblərinə əsasən bu işlərdən çəkinsinlər. Düşünürəm ki, bu bəndi əlavə etməklə həm yollarda təhlükəsizliyi artıra bilərik, həm də gənclərin yollarda həlak olmasının qarşısını ala bilərik".

Sevinc Qarayeva 
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью