Moderator.az saytına istinadən Icma.az xəbər verir. “Həyatımda iki arzum olub: Biri torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaq, biri də Şuşan
Birinə nail oldum, biri qalıb hələ ki. Bayraq sancanda yaşadığım hissi illər öncə də yaşamışdım.
Birinci dəfə 2001-ci ildə Ali Hərbi Məktəbi əlaçı və qırmızı diplomla bitirdiyimə görə şəxsən Ulu Öndər tərəfindən mənə diplomun, ilk leytenant rütbəmin təqdim olunması və xeyir duanın verilməsi idi.
O bizə baxaraq dedi ki, mən inanıram ki, Qarabağı azad edəcək şəxslər bu sıradadır.
O bayrağı bizə əmanət etdi ki, illər sonra onu Şuşadan asaq” Bunu Dövlət Bayraq günündə Moderator.az-a açıqlamasında ehtiyyatda olan polkovnik, “Qarabağ” ordenli Rəşad Aslanov deyib.
O daha sonra əlavə edib: “Çox təəssüflənirəm ki, vətənimin bu tarixi günlərində şəhid qardaşlarımız yanımızda yoxdur.
Bu həqiqətən də bizim üçün ağırdır. Sevindiyim məqam isə bu şərəf və ləyaqətin qaytarılmasında, torpaqlarımızın işğaldan azad olunmasında və
Biz bu gün nə etsək də azdır. Gənc nəsil üçün ən böyük nümunə yolu şəhidlərimizin keçdiyi yoldur” deyə o bildirib.