Bu ASC ləğv edildi

21.04.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

European Tobacco-Baku ASC ləğv edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə şirkət "Vergilər" qəzetində elan yerləşdirib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1031 Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ, Köndələn uzununa 1-ci küçəsi, ev 21 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Azərbaycanın əsas siqaret istehsalçısı olan şirkət 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 133,9 min manatdır. "European Tobacco-Baku"nun qanuni təmsilçisi isə Tural İsmayıl oğlu Qasımovdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью