Bu aşpazlara inanmayın, sizi aldadırlar Tahir Əmiraslanov

10.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

“Özlərini gözə soxmaq istəyən bir qrup aşpazlar və kurslar bizim adımızdan və loqolarımızdan istifadə edir, insanları aldadırlar”

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın Milli Kulinariya Assosiasiyasının (AMKA) sabiq baş direktoru və “Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov deyib.

O, insanları bu cür aşpazlara inanmamağa səsləyib:

“Gördüyünüz bu aşpaz da geyimində Azərbaycan Milli Kulinariya Assosiyasının (AMKA) və üzvü olduğumuz Beynəlxalq Qurumların loqolarını gəzdirir. Diqqətinizə çatdırırıq ki, bu adam AMKA-nın üzvü deyil və bu loqoları qanunsuz gəzdirir və sizləri bununla aldadır. Belə kəslərə inanmayın!”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью