Bu, atəşkəsi pozmaq hesab olunacaq İran ABŞ ni hədələdi

15.04.2026

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xatəmül-Ənbiya Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdullahi ABŞ-yə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. 

"Əgər təcavüzkar və terrorçu Amerika regionda dəniz blokadasındakı qanunsuz hərəkətlərini davam etdirmək və İranın ticarət gəmiləri və tankerləri üçün təhlükə yaratmaq istəyirsə, ABŞ-nin bu hərəkəti atəşkəsi pozmaq üçün bir müqəddimə olacaq və İranın güclü silahlı qüvvələri Fars körfəzində, Oman dənizində və Qırmızı dənizdə heç bir ixrac və idxalın davam etməsinə icazə verməyəcək. İran milli suverenliyini və maraqlarını müdafiə etmək üçün sərt tədbirlər görəcək", - deyə general açıqlayıb. 

Ağarza Elçinoğlu


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью