Bu atları saxlayanlara 1000 manat veriləcək

10.09.2026

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ” və "Dilbaz” atlarının saxlanmasına subsidiya veriləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.  

Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ” və "Dilbaz” atlarına illik heyvan subsidiyası tətbiq ediləcək.

2 yaşadək dayçalara 600 manat/baş, 2 yaşdan yuxarı damazlıq dişi atlara 800 manat/baş, damazlıq ayğırlara isə 1000 manat/baş illik subsidiya veriləcək. Heyvanların EKTİS-də qeydiyyatı, elektron çiplənməsi və valideyn mənsubiyyətinin DNT testi ilə təsdiqi subsidiya üçün əsas şərtlərdən olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью