Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FİBA Avropa İdarə Heyətinin iclasında 2027-ci ilin gənclər arasında Avropa çempionatlarının ev sahibi şəhərləri təsdiqlənib.
Azərbaycan Basketbol Federasiyasından Axar.az-a verilən məlumata görə, qərara əsasən, 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionu 2027-ci il iyulun 9-dan 18-dək Bakıda keçiriləcək.
Bu mötəbər yarışa ilk dəfə ev sahibliyi etmək Azərbaycan basketbolunun inkişafı və ölkəmizdə beynəlxalq basketbol yarışlarının təşkili baxımından mühüm hadisədir.