“Bu, Avropa çempionatında ilk yüksək nailiyyətimiz idi”

16.11.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu, Avropa çempionatında ilk yüksək nailiyyətimiz idi.

İdman.Biz "Report"a istinadən verir ki, bunu Aerobika gimnastikası üzrə yığmanın baş məşqçisi Marian Kolev media nümayəndələrinə verdiyi açıqlamada bildirib.

O, gərgin keçən çempionatın ən yüksək mərtəbəsini qazanmağı böyük nailiyyət adlandırıb.

"Düzdür, məşqlər çox ağır idi, amma mən xoşbəxtəm ki, buna nail olduq. Bu, Avropa çempionatında ilk qızıl medalımız idi . Bunun üçün hamıya, xüsusən də federasiyaya, bizi dəstəkləyənlərə çox təşəkkür edirəm", - baş məşqçi qeyd edib.

Xatırladaq ki, Aerobika gimnastikası üzrə Avropa çempionatında azərbaycanlı gimnastlar Mədinə Mustafayeva və Vladimir Dolmatov çütlükdə çıxış edərək birinci yerə layiq görülüblər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью