Bu Avropa ölkəsində uşaqlara ad qoymağı hökumət siyahı ilə təsdiqləyir | Icma.az
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq. İslandiyada valideynlər istədikləri adı övladlarına verə bilmirlər.
AzPost xəbər verir ki, bu ölkədə adların rəsmi qeydiyyatı üçün Xüsusi Ad Komitəsi fəaliyyət göstərir.
Komitə yalnız dilin fonetik qaydalarına uyğun və İsland mədəniyyətinə zidd olmayan adların istifadəsinə icazə verir.
Bu siyahıda təxminən üç minə yaxın ad təsdiqlənib. Valideynlər qeyri-adi və ya xarici ad seçmək istədikdə komitəyə ərizə ilə müraciət etməli
Komitə həmin adı dil, qrammatika, mədəni uyğunluq və sosial mənfi assosiasiya baxımından qiymətləndirir.
Əgər ad bu meyarlardan birinə uyğun gəlməzsə, qeydiyyat rədd edilir.
Məsələn, “Zoe” və ya “Lucifer” kimi adlar İslandiyada rədd edilmiş nümunələrdəndir.
Hətta adın tələffüzündəki hərflər belə önəmlidir — “C” hərfi İsland əlifbasında olmadığı üçün bu hərflə başlayan adlar da tez-tez rədd edilir.
Tam oxu
Xəbəri oxu