Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Rusiyalı senator Vladimir Cabarov Andrey Yermakın Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbəri postundan istefasını “Avropa üçün faciəli gün” adlandırıb.
Globalinfo.az xəbər verir ki, o, RİA Novosti-yə açıqlamasında qərarın nəticələri barədə danışıb.
Cabarovun sözlərinə görə, avropalı liderlər Ukraynada xüsusi heç nə qalmayacağından ehtiyat edir və proseslərin dəyişəcəyini düşünürlər.
O həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Zelenskinin “səriştəsizliyini” qəbul etdiyini nümayiş etdirib.
“Əgər Tramp bu xətti götürübsə və Zelenski rejimini Avropanın siyasi arenasından faktiki çıxarmağa hazırdırsa, bu, ciddi siqnaldır”, – Cabarov bildirib.
Tahir Turan
Globalinfo.az