Bu avtobus dayanacaqları söküləcək KONKRET

04.02.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bakı şəhərinin küçə və prospektlərində sərnişin avtobusları üçün quraşdırılmış dayanacaqların təmir və bərpası işləri həyata keçiriləcək.

KONKRET.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla əlaqədar müvafiq hazırlıqlara başlayıb.

Eyni zamanda, yararsız vəziyyətə düşən dayanacaqların sökülməsi işləri də nəzərdə tutulub.

Belə ki, qurum təmir və bərpa işlərini həyata keçirəcək şirkət axtarışına çıxıb.

Bu işlərə sərf ediləcək vəsaitin 682 min 754 manat olacağı proqnozlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью