Bu avtobus marşrutlarının iş saatları uzadılır

27.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.

Bu barədə News24.az-a AYNA-dan məlumat verilib.

Bildirilir ki, "Həzi Aslanov" metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.

Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью