Bu avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

15.07.2026

Lent az saytına istinadən Icma.az xəbər verir.

İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.

AYNA-dan Lent.az-a bildirilib ki, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq. Daha sonra isə yoluna mövcud hərəkət sxemi ilə davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью