Bu avtobuslar fəaliyyətini dayandırır

23.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb”.

Globalinfo.az bildirir ki, bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) cavab verib.

“Hazırda yalnız “Koroğlu” və “Sea Breeze” nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.

Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью