Bu avtobuslar yenilənir

29.10.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.

Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, 156 nömrəli marşrut üzrə 10 ədəd "İsuzu Citibus" markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd "İsuzu HC45" markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью