Bu avtobuslarda gedişhaqqı 50 qəpik oldu

29.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 1-dən 156 və 156A nömrəli marşrut xətləri üzrə müasir avtobuslar sərnişinlərin xidmətinə veriləcək.

Bu barədə “Yeni Sabah”a AYNA-dan məlumat verilib.

Məlumata görə, 156 nömrəli marşrut üzrə “Memar Əcəmi” metrostansiyası – Hökməli qəsəbəsi istiqamətində 10 avtobus, 156A nömrəli marşrut üzrə isə “Memar Əcəmi” metrostansiyası – Hökməli qəsəbəsinin 20 Yanvar küçəsi (beton yol) istiqamətində 4 avtobus fəaliyyət göstərəcək. Dördpendirli pizza

Hər iki marşrut üzrə gedişhaqqı 50 qəpik müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçiriləcək.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью