Bu avtobusun yolu dəyişdi

19.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.

Metbuat.az xəbər verir ki, avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью