Bu avtomobil şirkəti ləğv edilir

09.12.2024

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BİZİM AVTO Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinin məlumatında bildirilib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsi, ev 1A, mənzil 8 ünvanına bildirə bilərlər.

BİZİM AVTO Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Eşqin Vaqif oğlu Vəliyevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью