Bu avtomobil yolu təmir olunub

02.05.2025

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Daşkəsənin rayon mərkəzi ilə Dəstəfur kəndini birləşdirən avtomobil yolu uzun illər sonra təmir edilib.

Avtosfer.az-ın məlumatına görə, sözügedən yola çınqıl-torpaq örtüyü salınıb, cari təmir işləri aparılıb, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin olunaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, avtomobil yolu uzun illər təmir olunmadığı üçün avtomobillərin hərəkətində çətinliklər yaranırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью