Bu avtomobillər qiymət baxımından da daha əlçatandır İqtisadçı

28.08.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

"Çin avtomobilləri, xüsusilə elektrik və hibrid modellər, müasir tələblərə cavab verməklə yanaşı, qiymət baxımından da daha əlçatandır. Eyni zamanda, bu avtomobillər ətraf mühitin qorunması ilə bağlı müasir tələblərə cavab verdiyindən, dünya avtomobil sənayesində, o cümlədən ənənəvi avtomobil markaları arasında ciddi rəqabət yaradıb. Əlbəttə ki, Çin avtomobilləri Azərbaycanda da getdikcə daha populyarlaşır. Son üç il ərzində elektrik və hibrid avtomobillərə ƏDV-nin tətbiq olunmaması bu nəqliyyat vasitələrinin daha münasib qiymətə və əlçatan olmasına şərait yaradıb".

İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, Azərbaycan avtomobil sənayesi hazırda Çin avtomobilləri ilə rəqabət aparmaq üçün kifayət qədər güclü deyil. Bu baxımdan, ölkəmiz Çin avtomobil sənayesi ilə daha ciddi əməkdaşlıq qurmalıdır. Müəyyən istehsal sahələrinin Azərbaycanda yaradılması hesabına bu rəqabətə tab gətirmək və hətta müəyyən üstünlüklər əldə etmək mümkündür:

"Azərbaycanın avtomobil sənayesi yeni tələblərə uyğunlaşmalı və Çin avtomobil sənayesi ilə əməkdaşlığı genişləndirməlidir. Müasir texnologiyaların və ehtiyat hissələrinin əldə edilməsi də yerli avtomobil sənayesinin rəqabət imkanlarının artırılmasına kömək edə bilər".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью