Icma.az, Avtosfer portalına istinadən məlumat verir. “2026-cı ildən sonrakı dövr üçün elektrik və hibrid avtomobillərə tətbiq olunan vergi g
Yol xəritəsində nəzərdə tutulduğu kimi, vəziyyət təhlil olunaraq müvafiq təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək”.
Bu sözləri bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan “Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı” panel müzakirəsində deyib.Hibrid və elektrikli avtomobillərə tətbiq olunan vergi güzəştinin uzadılması həqiqətən də mümkündürmü?Milli Məclisin deputatı Vüqar Bayramov sözügedən avtomobillərlə bağlı vergi güzəştlərinin artırılma ehtimalını dəyərləndirib.“Hibrid avtomobillərlə bağlı tətbiq edilən güzəştlər yalnız ili yeni olan avtomobillərə şamil olunurdu.
Bu avtomobillərlə bağlı vergi güzəştləri mövcud idi. Məqsəd isə hibrd avtomobillərin Azərbaycana gətirilməsini sürətləndirmək idi.
Təbii ki, hər il “Vergi Məcəlləsi”nə güzəştlər edilir. Bu dəyişikliklərdə müəyyən güzəştlərin dairəsi genişləndirilir və ya yeniləri tətbiq
Bu baxımdan gözlənilir ki, 2026-cı ildə də “Vergi Məcəlləsi”nə dəyişikliklər davam etdiriləcək.
Təbii ki, ilin ikinci yarısı bu dəyişikliklər tətbiq edilən zaman bu güzəşt müddətinin uzadılıb-uzadılmaması da bəlli olacaq.
Amma nəzərə alsaq ki, bu dəyişikliklər ili köhnə olan avtomobillərin qiymətlərinə təsir etmir, çünki onsuz da bu güzəşt onlar üçün nəzərdə tutulmamışdı”.Deputat qeyd edib ki, güzəştlər ləğv olunarsa, bu, hibrid və elektrikli avtomobillərin qiymətlərinə birbaşa təsir edəcək.