Bu avtomobillərin satışı qadağan edildi Foto

11.11.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

21 oktyabrdan etibarən AvtoVAZ şirkəti Lada Largus modelinin satışını məhdudlaşdırıb.

"Yeni Sabah" xəbər verir ki, qərar avtomobillərdə sükanın fırlanması ilə bağlı yaranan texniki problemlərin araşdırılması ilə əlaqədardır.

Rostandartın məlumatına görə, diler şəbəkəsində bütün Lada Largus avtomobillərinin satışı tam analiz başa çatana, komponentlər sınaqdan keçirilənə və materiallar araşdırılana qədər dayandırılıb.

Qurum əlavə edib ki, Lada Largus modeli Gömrük İttifaqının texniki standartlarına cavab vermir və əlavə nasazlıqlar aşkar edilib. Elə bu səbəbdən həmin modelin satışı ilin əvvəlində də müvəqqəti dayandırılmışdı. /Musavat.com


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью