Bu avtomobillərin yol vergisindən azad olunması QAYDASI HAZIRLANACAQ

27.12.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydası hazırlanacaq.

Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabinetinə dörd ay müddətində xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən azad olunması qaydasını hazırlamaq tapşırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью