Bu avtomobillərlə bağlı xəbərdarlıq: Qəfildən alışıb yana bilər | Icma.az
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Üç litrlik mühərrikləri olan dizel "BMW X7" avtomobillərinin sahiblərinə EGR siste
Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Shot proverki" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, EGR sistemi ilə təchiz edilmiş Koreya istehsalı olan avtomobillər risk altındadır.
Bu problem xaticdə artıq tanınıb və istehsalçı potensial təhlükəli qüsuru aradan qaldırmaq üçün vaxtaşırı belə nəqliyyat vasitələrini geri çağırır.
Xatırladaq ki, bu avtomobillərdən birinin sahibi üzücü paylaşım etmişdi.
Onun avtomobili EGR sisteminin nasazlığı səbəbindən qəfil yanıb, baxmayaraq ki, hadisədən az əvvəl avtomobilə planlı texniki qulluq göstərilib.
İnsidentdən sonra məlum olub ki, təsirə məruz qalan avtomobilin VIN nömrəsi Böyük Britaniyanın BMW saytında potensial problem kimi göstərilib.
Bu isə EGR sistemində mümkün problemləri və suqəbuledici sistemdə çöküntülərin alovlanması riskinin olması deməkdir.
Tam oxu
Xəbəri oxu