Bu axşam bütün işlər yekunlaşacaq

08.11.2024

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“COP29-la bağlı Bakı Stadionundakı inşaat işləri 99 faiz tamamlanıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanlar inşası departamentinin direktoru Azər Quliyev deyib.

O bildirib ki, bu axşam bütün işlər yekunlaşacaq və məkan BMT-yə təhvil veriləcək: “Çox xırda işlər qalıb. İstifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsi prosesi də tamamlanır. Bütün materiallar dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda gördüklərinizin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.

Gülnar Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью