Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Superliqasının IX turu çərçivəsində bu gün futbol azarkeşlərinin maraqla gözlədiyi İstanbul derbisi oynanılacaq.
Milli.Az xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" komandaları üz-üzə gələcəklər.
Görüş "Qalatasaray"ın meydanında baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Derbinin baş hakimi FIFA referisi Atilla Karaoğlan olacaq.
Komandalar meydana turnir cədvəlindəki mövqelərini yaxşılaşdırmaq üçün çıxacaqlar. Hazırda "Qalatasaray" 19 xalla ikinci, "Fənərbağça" isə 16 xalla üçüncü pillədə qərarlaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)