Bu ayda İŞSİZLİK ARTACAQ

30.07.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyədə işsizlik iyun ayında yenidən artım göstərdi. TÜİK-in açıqlamasına görə, işsizlik 0,2 faiz bəndi artaraq 8,6%-ə yüksəlib. İşsiz sayı 52 min nəfər artaraq 3 milyon 47 minə çatıb. Qadınlar arasında işsizlik kişilərə nisbətən daha yüksək səviyyəyə qalxıb.

News24.az xəbər verir ki, qadın işsizliyi 11,4%-ə çatdı, kişilərdə isə bu göstərici 7,1% təşkil edib. Gənclər arasında (15-24 yaş) işsizlik 0,6 bənd artaraq 16,2% olub – oğlanlarda bu göstərici 12,3%, qızlarda isə 23,7% səviyyəsindədir.

İstihdam azalıb: İyunda işləyənlərin sayı 18 min nəfər azalıb, ümumi istihdam 32 milyon 452 min nəfər olub. İstihdam nisbəti 48,9%-ə enib. Qadınların istihdama qatılma payı isə cəmi 31,9% olaraq qalıb.

Orta iş saatı da azalıb – həftəlik 41,5 saat olaraq qeyd edilib. Digər tərəfdən, atıl işçi qüvvəsi nisbəti artaraq 32,9%-ə yüksəlib, bu da qeyri-rəsmi və potensial işsizlərin artdığını göstərir.

TÜİK-in açıqladığı bu rəqəmlər, xüsusilə qadınlar və gənclər arasında işsizlik riskinin artdığını və istihdam bazarında zəifləmə əlamətlərinin gücləndiyini ortaya qoyur.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью