Bu ayın ən çox qazanan və xərcləyən bürcləri hansılardır?

07.11.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Noyabr ayında ulduzlar maliyyə baxımından bürclərə fərqli enerjilər bəxş edir. Bu ay bəzi bürclər üçün xərclərin artdığı, digərləri üçün isə gəlir imkanlarının genişləndiyi dövr olacaq.


Missiya.Az
bu ayın ən çox qazanan və xərcləyən bürclərini araşdırıb.

Əqrəblər özlərini yaxşı hiss etmək və rahatlamaq üçün alış-verişə meyilli olacaqlar. Onların lüks və estetik əşyalara olan marağı büdcələrinə təsir edə bilər. Şirlər sosial həyat və əyləncə planlarına çox vaxt və vəsait sərf edəcəklər, bu da maliyyə tarazlıqlarını pozma ehtimalı yaradır. Tərəzilər isə gözəllik və baxım sahəsində dəyişikliklərə üstünlük verəcək, buna görə də bu ay daha çox pul xərcləyə bilərlər.


Digər tərəfdən, bəzi bürclər üçün bu ay gəlir artımı baxımından əlverişli olacaq. Oğlaqlar iş həyatında əzmlərinin qarşılığını alacaq, yeni layihələr və sabit qazanc imkanları əldə edəcəklər. Qız bürcü nümayəndələri planlı və çalışqan davranışları sayəsində əlavə gəlir qazanmaq şansı əldə edəcəklər. Buğalar isə yaradıcı ideyaları və ticarət sahəsindəki uğurları ilə diqqət çəkəcək, bu da onların maddi vəziyyətinə müsbət təsir göstərəcək.


Ümumilikdə, noyabr ayında pul enerjisi aktiv olacaq. Amma bu dövrdə qazanc və xərclər arasında tarazlıq qorunmadığı təqdirdə, bəzi bürclər üçün maddi gərginlik də mümkündür.

İlahə Qənbərli

Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью