Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Mövsümi xəstəliklər ilin müəyyən dövrlərində, xüsusilə payız-qış və ya yay aylarında daha çox yayılır.
Bu xəstəliklərə qrip, bronxit, suçiçəyi, allergiyalar, mədə-bağırsaq infeksiyaları və diger növlər daxildir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir çox yoluxucu xəstəliklərdən qorunmağın və yoluxma zəncirini qırmağın ən effektiv üsulų peyvəndlənmədir.
Yoluxucu xəstəliklərə qarşı dövlət tərəfindən həyata keçirilən planlı peyvəndləmə proqramları mütəmadi olaraq təmin edilir.
Mövsümi xəstəliklər arasında ən çox rast gəlinən qripdən qorunmaq üçün hər il vaxtında peyvənd olunmaq tövsiyə edilir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin