Bu, Azərbaycan üçün növbəti yenilikdir Aygün Əliyeva

25.04.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Qlobal Cənub Qeyri-Hökümət Təşkilatları (QHT) Platformasının aprelin 28-29-da keçiriləcək təsis konfransı Azərbaycan vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıcdır və ölkə üçün növbəti yenilikdir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransı ilə əlaqədar keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu platforma Qlobal Cənubun üzləşdiyi problemlərin səsinə çevriləcək:

“Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb. Azərbaycan QHT-ləri Qlobal Cənub regionu ölkələrinin QHT-ləri ilə yeni əlaqələr quracaq, əməkdaşlığı daha da dərinləşdirəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью