Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq. “Hazırda Afrika ölkələri ilə münasibətlər Azərbaycan xarici siyasətinin əsas prioritet
Çünki indiki tarixi mərhələdə bütün dünyanın diqqəti Afrikaya yönəlib.
Afrika qitəsi coğrafi qədər, tale etibarı ilə yeni bir mərhələyə qədəm qoyub.
Uzun əsrlər boyu Afrikanı müstəmləkə altında saxlayan bir sıra ölkələr geri çəkilmək məcburiyyətində qalıb.
Xüsusən Qərbi və Mərkəzi Afrika ölkələrində mühüm, tarixi hesab edilə biləcək dəyişiklilər baş verir”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu söyləyib.
Deputatın sözlərinə görə, əsas etibarı ilə Mərkəzi Afrikadan Fransa kimi imperialist ölkələr geri çəkilməklə yeni reallıqda yeni xarici siyasət imkanları üçün perspektivlər açıb: “Biz bilirik ki, Afrika həm təbii sərvətlərlə zəngindir və həm də dünyanın inkişaf etməkdə olan mühüm coğrafiyası kimi investisiya tələb edən ərazidir və yeni inkişafın əsasları üçün də bu investisiyalar olduqca vacibdir”.
H.Babaoğlu vurğulayıb ki, bütün bunlarla bərabər Afrika həm də təbii ehtiyatlar coğrafiyasıdır: “Bu mənada düşünürəm ki, son dövrlərdə iki Afrika ölkəsinin prezidentlərinin Azərbaycana səfər etməsi mühüm əhəmiyyət daşıyır.