Bu bağçalara qeydiyyat başlayır Ödənişin 70 faizə qədərini dövlət ödəyəcək

14.09.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bu gün məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır.
Bizim.Media xəbər verir ki, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına bu gün saat 15:00-dan başlanılır.
Valideynlər övladlarını mygov platforması vasitəsilə qeydiyyatdan keçirə bilərlər. 
Qeyd edək ki, proses 25 sentyabr saat 15:00-dək davam edəcək. 
Məlumat üçün bildirək ki, valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilmiş Bakı şəhərindəki bağçalarda təhsilhaqqının 350, regionlardakı bağçalarda isə 250 manata qədərini dövlət ödəyəcək.
Fəridə, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью