Icma.az, Teleqraf.com saytına istinadən bildirir. "Ötən ilin dekabrında Bakıda bir çox ölkənin hüquq elminin nümayəndələrinin də iştirak etd
Bu tədbir böyüklüyünə və səviyyəsinə görə digərlərindən fərqlənirdi".
Bunu Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.
Professor vurğulayıb ki, "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri" mövzusunda keçirilən konfransda yeni təkliflər zəruri idi: "Əvvəlki tədbirlər daha sönük keçirdi.
Son zamanlar dünyada baş verən proseslərdən dolayı alınan qərarlar daha çox siyasi mahiyyət daşıyırdı.
Gələcək hüquq sistemini təkminləşdirəcək hər hansı real qərarlarla sonlandırılmırdı.
Ona görə də bu sahə üzrə çalışan alimlər olduqca məyus olurdular.
Bu günə qədər keçirilən tədbirlərdə problemlər həll olunmadan qalır, müzakirələr effektsiz olurdu.