Bu bankalar bağlanacaq?

31.07.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 719,4 milyon manat təşkil edib.
Bu, iyunun 1-i ilə müqayisədə 13,2 % çoxdur.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 37,1 %, son 1 ildə isə 36,4 % artıb.
İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,1 % təşkil edib. Bu nisbət mayın sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il iyunun sonuna isə 1,7 % olub.
Bəs problemli kreditlərin həcminin artması hansı çətinliklər yarada bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, bütün hallarda bu xoş mənzərə deyil:
“Biz bunun bir dəfə acı nəticəsini yaşamışıq. On il qabaq həm devalvasiya, həm də problemli kreditlərin həcminin kəskin artması 20-yə qədər bankın sonunu gətirdi. Eyni zamanda, vətəndaşlar da böyük ölçüdə zərər gördü. Doğrudur, indiki mənzərə o zamankı ilə eyni həddə deyil. Amma bununla belə reallıq bəzi banklar üçün ciddi siqnal olmalıdır. Ona görə də bəzi banklar ehtiyatlı olmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью