Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Hazırda ləğv prosesində olan “Muğanbank” ASC-nin baş ofisi əlindən alınıb.
"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, bank Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B ünvanındakı baş ofisindən çıxarılıb.
“Muğanbank" bundan sonra Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşəcək. Həmin ofisdə ləğv prosesində olan daha bir bank - "Amrahbank" da fəaliyyət göstərir.
Qeyd edək ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Azərbaycanda təsis Mərkəzi Bankın 18 oktyabr 2023-cü il tarixli qərarı ilə lisenziyası ləğv edilib.