Bu bankla bağlı icrası məcburi sərəncam verildi

10.02.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

“AFB Bank”ın valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları informasiya sisteminə düzgün təqdim etməməsi halı müəyyən olunub.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Mərkəzi Bank AFB Bank ASC-yə gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью