Icma.az bildirir, Marja.az portalına istinadən.
2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin əməliyyat gəlirləri 300 milyon manatdan çox olub.
Bunlar, “Kapital Bank” (1 milyard 881,7 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (1 milyard 547,1 milyon manat), “PAŞA Bank” (808 milyon manat), “Unibank” (397,5 milyon manat) və “Bank Respublika”dır (339,8 milyon manat).
Qalan 17 bankdan 9-də əməliyyat gəlirləri 100-300 milyon manat arasında, 7 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan az olub.
Son 1 ildə 22 bankdan hamısının əməliyyat gəlirləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (47,9%), ən aşağı dinamika isə “Bank BTB”də (7,2%) qeydə alınıb.
Əməliyyat gəlirlərinə görə bankların renkinqi 31.12.2025
© Yurd.Media