Bu bankların əmlakları hərraca çıxarılır

25.04.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Mayın 21-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesindəki “Atabank” və “Texnika Bank” ASC-lərin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “Atabank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 542 min manat olan 270,9 kv.metrlik 2 ədəd qeyri-yaşayış sahəsindən, “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən, dəyəri 525 min manat olan 252,6 kv.metrlik və dəyəri 505 min manat olan 251,8 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью