Bu bankların əmlakları satışa çıxarılır

17.02.2025

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Fevralın 20-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin və “Bank Standard” QSC-nin daşınar və daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Manset.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Atabank"a məxsus Şamaxı şəhəri, Şəhriyar küçəsi, 22 ünvanındakı dəyəri 490 min manat olan 279,30 kv.metrlik qeyri-yaşayış sahəsindən, eləcə də “Bank Standard”a məxsus dəyəri 2 740 manat olan müxtəlif daşınar əmlaklardan gedir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью