“Bu barədə AFFA ilə əlaqə saxlasaz, daha doğru olar” klub cavab aldımı?

16.04.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-nın “Sabah”ın məlum bəyanatından sonra hərəkətə keçdiyini xəbər vermişdik. Belə ki, qurum Masazır təmsilçinin müraciəti əsasında “Neftçi”nin futbolçusu Elvin Camalovla bağlı araşdırmaya başlayıb.

“Football-plus.az” bu məsələ ilə bağlı növbəti dəfə “Sabah”la əlaqə saxlayıb. Görəsən, klubun Elvin Camalovla bağlı müraciətinə AFFA-dan cavab gəldimi? AFFA-nın hansısa qurumu klubla əlaqə saxlayıbmı? Bu sualları “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidova ünvanladıq: “Fikrimcə, bu barədə AFFA ilə əlaqə saxlasaz, daha doğru olar. Klub mövzu ilə bağlı mövqeyimizi artıq ictimaiyyətə çatdırıb”.

ƏSƏD SEYİDOV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью