“Bu, baş versə Aİ missiyası Azərbaycan Ermənistan sərhədindən çıxmağa məcbur olacaq” YENİ …
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq. Avropa Birliyinin Ermənistana yerləşdirdiyi müşahidə missiyası şərti sərhəddə kəşfiyyat
Bütün sərhəd boyu səpələnən avropalı missionerlər əllərində binoklla Azərbaycan tərəfə boylanmaqla məşğuldurlar.
Bütün hərəkətləri Azərbaycan hərbçiləri tərəfindən izlənilən müşahidəçilər heç nəyə məhəl qoymadan öz işlərini davam etdirirlər.
Aİ isə Ermənistandakı müşahidə missiyasının mandatını daha iki il artırıb və avropalı kəşfiyatçılar hələ 2027-ci ilə qədər şərti sərhəddə Azərbaycana tərəf boylanmağa davam edəcəklər.
Bəs onların vaxtından əvvəl Ermənistan-Azərbaycan şərti sərhəddindən yığışdırılması mümkündürmü?
Mövzunu KONKRET.az-a şərh edən siyasi şərhçi Murad Sədrəddinov bildirib ki, məsələ bu gün Ermənistanla Azərbaycan arasında müzakirə olunur: “Çox güman ki, bu məsələnin son nöqtəsi sülh müqaviləsi ilə bağlı qərarlar qəbul olunarkən həllini tapacaq.
Ermənistan tərəfi də buna işarələr verib ki, sülh müqaviləsi imzalanandan, delimitasiya prosesi bitəndən sonra Aİ missiyasına ehtiyac qalmayacaq”.
Sülh müqaviləsinin bağlanma ehtimalının çox olmasına toxunan politoloq bildirib ki, Paşinyanın son çıxışları buna işarədir” “Paşinyanın son çıxışında Ermənistanın Konstutusiyasına dəyişiklik olunması və təhlükəsizliklə bağlı bölümə şərh verməsi böyük ümidlər yaradır.
Tam oxu
Xəbəri oxu