“Bu baş versə, İsrail ABŞ ın bütün dəstəyini itirəcək” Trampdan xəbərdarlıq

23.10.2025

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ İsrailə İordan çayının qərb sahilini ilhaq etməyə icazə verməyəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Time” jurnalına müsahibəsində bildirib.

“Bu, baş verməyəcək. Çünki mən Ərəb ölkələrinə söz vermişəm. Bunu indi eləmək olmaz. Ərəb ölkələri bizə böyük dəstək göstərdi. Bu baş versə, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək”, - Tramp xəbərdarlıq edib.

Qeyd edək ki, dünən Knesset İsrailin İordan çayının qərb sahili üzərində suverenliyini təmin edən qanunu ilk oxunuşda qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью