Bu baş versə, nefin qiyməti 150 dollara yüksələcək

31.01.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hözmüz boğazının bağlanması qlobal dünya iqtisadiyyatında çox ciddi böhrana gətirib çıxara bilər”. 

Bu sözləri “Cebheinfo.az”-a şərhində iqtisadçı-ekspert Razi Abbasbəyli Hörmüz boğazının bağlanmasının dünya iqtisadiyyatına mənfi təsirləri ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması ilk növbədə Çinin iqtisadiyyatına mənfi təsir göstərəcək.

“Qeyd edim ki, Çinin neftə olan tələbatının 17 %-ni İran, digər 70 %-ni isə Körfəz ölkələri təmin edir. Təbii ki, Çinin İran və Körfəz ölkələri ilə neft alqı-satqısında Hözmüz boğazı çox mühüm rol oynayır. Hörmüz boğazı Asiya və Avropa ölkələri üçün də çox önəmlidir. Bu boğaz Asiya və Aropa arasında əsas iqtisadi keçid hesab olunur.

Hörmüz boğazının bağlanması nəticə etibarı ilə dünya iqtisadiyyatında çox ciddi təlatümlərə gətirib çıxarar. Xüsusilə neftin qiyməti bahalaşar, hətta 150 dollara qədər arta bilər. Həmçinin daşınma xərcləri də artar. Bu, birjalarda risklərin yaranmasına səbəb ola bilər, bu da investorların qızıla yatırımlarını sürətləndirər”.

O bildirib ki, Hörmüz boğazının bağlanması təkcə Çin üçün problemlər yaratmayacaq:

“Eyni zamanda, Avropa və Asiya ölkələri arasında ticarət zəngiri qırıla bilər. Neftin qiymətində, o cümlədən daşınma xərclərində bahalaşma Avropada ciddi iqtisadi böhranın baş verməsinə gətirib çıxaracaq”.

Ekspert hesab edir ki, Hörmüz boğazının uzunmüddətli bağlanması ehtimalı azdır:

“Bu boğaz təkcə İran və ABŞ-nin maraq dairəsində olan nəqliyyat qovşağı deyil, bu, həmçinin Körfəz ölkələrin iqtisadiyyatı üçün də xüsusi əhəmiyyət kəsb edir. Burada söhbət 5 trilyon dollarlıq iqtisadi münasibətlərdən gedir.

Bu 5 milyon trilyon dolların 10 % azalması belə dünya iqtidiyyatında böhrana səbəb olar. Avropa və Asiya ölkələrinin, eləcə də ABŞ-nin Hözmüz boğazında maraqları var. Bu maraqlar kontekstindən yanaşsaq, boğazın uzunmüddətli bağlanması real görünmür”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: neft Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью