Bu başqa maskot…

13.08.2025

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” maskotunu təqdim edəndə bəyənilməmişdi. “Şkendiya” ilə oyunda üzərində/aurasında dəyişikliklər edilən “Kəhər” əməlli-başlı yaxşılaşmışdı.

İndi daha şən, rəngarəng davranışlı və kommunikasiyalı idi.

Tənqidlərdən nəticə çıxarmaq, maskot barədə qeydləri ciddiyə alıb üzərində təkmilləşdirmə işi aparmaq müsbət dəyərləndirilməlidir.

Bizdə olan məlumata görə, “Kəhər”in adı da dəyişdiriləcək və dizaynında yenə bəzi dəyişikliklər ediləcək.

Ötəndəfəkinə nəzərən rəğbətlə demək olar, bu başqa məsələ…

Kamil Əhməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью