Bu bıçaqların istifadəsinin qadağan edilməsi təklif olunur | Icma.az
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq. Son dövrlərdə gənclər və yeniyetmələr arasında baş verən bıçaqlanma hadisələri artıb.
Xüsusilə cibdə gəzdirilən, qatlanan bıçaqların istifadəsi ilə törədilən hadisələrin statistikası artmaqdadır.Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında deyib.Millət vəkili bildirib ki, bu tip bıçaqların daşınmasının, istifadəsinin və satışının qadağan edilməsi məsələsinə ciddi şəkildə baxılmalıdır.“Mövcud vəziyyət göstərir ki, bir çox ağır hadisələr məhz bu alətlər vasitəsilə baş verir.
Bu istiqamətdə atılacaq addımlar gənclər və yeniyetmələr arasında zorakılıq və ölüm hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər.Eyni zamanda, bəzi oyunlar və digər zərərli təsir vasitələri var ki, onlar insanların, xüsusilə də gənclərin və yeniyetmələrin psixologiyasına ciddi təsir göstərir.
Hesab edirəm ki, bu kimi təhlükəli məzmunların da qadağan olunması və ya ciddi nəzarətə götürülməsi böyük əhəmiyyət kəsb edir və mümkün faciəvi halların qarşısını ala bilər”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu